Nikol Ermənistan cəmiyyətində dərin psixoloji problemlərin yaşandığını etiraf edir

Nikol Ermənistan cəmiyyətində dərin psixoloji problemlərin yaşandığını etiraf edir

Ermənistan cəmiyyətində kök salan ideologiya: düşmənçilik və nifrət!

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də “Facebook” sosial şəbəkəsindəki səhifəsindən canlı mətbuat konfransı keçirdi. O, mətbuat konfransında kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin suallarına yenə öz ampluasında cavab verdi, sərsəm fikirlər səsləndirdi.

Paşinyan həqiqətənmi erməniləri işıqlı gələcəyə aparmaq istəyir?

Nikol mətbuat konfransında millətinin təəssübünü çəkən insan kimi erməni ziyalılarını düşündürən mövzulara “toxunub”. Amma o nə qədər çabalasa da xalqı onu artıq yaxşı tanıyır. Erməni KİV-ləri İkinci Qarabağ müharibəsində minlərlə vətəndaşın ölümündə baş nazirlərini günahlandırır. Məsələn, Paşinyanın eks-həmkarları onun haqqında bunları yazıblar: “O, guya “ac” əsgər üçün nə etdi? O, erməni ordusuna çiyələk hədiyyə etdi. Bəli, məhz çiyələk ki, Ermənistan-Azərbaycan sərhədindəki erməni əsgərləri özlərini Avropada hiss etsinlər.” Məqalədə “2018-ci il (Paşinyanın hakimiyyətə gəlişi nəzərdə tutulur) müasir Ermənistanın tarixində öz qanlı izlərini əbədi olaraq qoyacaq” fikirləri də yer alıb.

Erməni ictimaiyyəti hələ də qırx dörd gün ərzində Paşinyanın haylara danışdığı yalanları ona bağışlamır. Xatırlayırsınızsa, baş nazir Nikol Paşinyan dəfələrlə Rusiya Prezidentindən dəstək də  istədi. Paşinyan bir tərəfdən sosial şəbəkədə canlı yayım açaraq “ordusunun” uğurlu əməliyyatlar keçirdiyini deyir, digər yandan isə Türkiyənin Azərbaycana dəstək verdiyini, bölgədə silah balansının Azərbaycanın xeyrinə pozulduğunu söyləyərək beynəlxalq aləmi Türkiyəni qınamağa, ona qarşı sanksiya tətbiq etməyə çağırırdı. Təbii ki, Ermənistan hakimiyyəti və erməni toplumu tərəfindən qoparılan mərəkə və təxribat kampaniyaları gözlənilən idi. Çünki tarix boyu ermənilərin bizə və Türkiyəyə qarşı qarayaxmalarını, yalan iddialarını çox görmüşük. Ümumiyyətlə, düşmənçilik və nifrət ideologiyası Ermənistan cəmiyyətində dərin kök salıb. Bu günə qədər tarixi abidələr, tarixi şəxsiyyətlər, coğrafi adlar, dini əsərlər, mədəni irs, sülalələr, numizmatika, kulinariya – bütün sahələrdə erməni saxtakarlığının şahidi olmuşuq. Elə indi də oluruq…

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan cəmiyyətində mövcud olan dərin psixoloji problemləri özü də etiraf edir. Nikolun özünün də psixoloji durumu heç yaxşı deyil… Paşinyan Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütməkdə və ya cəngəllik siyasəti aparmaqda ittiham edir. Yaxşı o zaman otuz il Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin adı nə idi? İnsanlığa sığmayan vəhşiliyi, qəddarlığı, vandallığı törədənlər kim idi? Paşinyan, balayanlar, kaputikyanlar, aqanbekyanlar sənin toplumunun nümayəndələri deyilmi?

Əgər dünyada 14-15 ən təhlükəli terror təşkilatı varsa onun 12-13-ü elə ermənilərindir. Bunlardan istifadə edərək onlar dəfələrlə azərbaycanlılara, türklərə qarşı terror aktları həyata keçiriblər. O hadisələrin hamısı da kütləvi insan tələfatı ilə nəticələnib. Məsələn, 1975-ci ildə  –  Livanda yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) adlı  təşkilatın üzvləri həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törədiblər və nəticədə yüzlərlə günahsız insanlar erməni terrorizminin qurbanı olublar.  Xüsusən keçmiş Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazilərinin işğalı ilə nəticələnmiş hərbi əməliyyatlara dəstək məqsədi ilə 1988-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycan ərazisində dinc əhaliyə və infrastruktur obyektlərinə qarşı cəbhə bölgəsindən xeyli uzaqlarda çoxsaylı terror aktları törədilib. Adı çəkilən terror qruplaşması hərbi əməliyyatların getmədiyi ərazilərdə belə terror aktları təşkil etməklə, minlərlə günahsız insanı qətlə yetirib. 1987-ci ildən başlayaraq Azərbaycanın istər nəqliyyatda, suda, havada, avtomobil nəqliyyatında çoxsaylı terror hadisələri törədilib. Bunların hamısı haqqında cinayət işləri açılıb. Kimin hansı cinayəti törətdiyi məlumdur. Həbs olunanlar, hazırda həbsdə öz cəzasını çəkənlər də var. Hər törədilən terror hadisəsində ermənilərin əli var.

Hər bir müharibə, hər bir münaqişə bir ideologiyanın üzərində qurulur. Biz informasiya müharibəsində bu gün Azərbaycanın haqq səsini dünyaya çatdıra bilirik. Azərbaycanlılara, türklərə qarşı aparılan bu soyqırımı əməllərinin nədən ibarət olduğunu indi dünyaya göstərməyi bacarırıq. Erməni xisləti həmişə olub, bundan sonra da olacaqdır. Nə edək ki, bizim də qismətimizə ermənilərlə qonşu olmaq düşüb…