Daha bir müəllim koronavirusdan VƏFAT ETDİ

Daha bir müəllim koronavirusdan VƏFAT ETDİ

Bakı şəhəri 182 nömrəli məktəbin müəllimi vəfat edib.

Məktəbdən Lent.az-a verilən məlumata görə, Səbirə Səlimova bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bildirilir ki, o, iki həftə əvvəl koronavirusa yoluxubmuş.

Qeyd edək ki, Səbirə Səlimova ibtidai sinif müəllimi olub.