Qaxda avtomobil kanala aşdı: Xəsarət alanlar var – FOTO

Qaxda avtomobil kanala aşdı: Xəsarət alanlar var – FOTO

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qaxdan Şəki istiqamətində hərəkətdə olan “Toyota” və VAZ-21074 markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Toyota” yoldan çıxaraq kanala aşıb. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.