Beşdən çox uşağı olanların müavinəti 70 manata qalxdı

Beşdən çox uşağı olanların müavinəti 70 manata qalxdı

Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manatdan 70 manata qaldırılıb.

Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.