“Bu və ya digər virusun ştamlarının yayılması ilə bağlı Operativ Qərargahın qərarlarına uyğun fəaliyyət göstəririk”.
ARANTV.AZ xəbər verir ki, təhsil naziri Emin Əmrullayev dövlət başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.
O qeyd edib ki, Operativ Qərargah tərəfindən hər hansı təhlükəli vəziyyətlə bağlı qərarlar veriləcəyi halda, məktəblərlə bağlı da uyğun qərar olacaq.
“Hələlik belə qərar yoxdur”, – nazir vurğulayıb.
