Bakıda “Azərişıq”dan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumatına görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ələt qəsəbəsi ərazisində “Azərişıq” ASC-yə məxsus yarımstansiyadan 12 ədəd elektrik boşaldıcısı, 200 metr naqil və mühafizə paneli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
