“Cəhənnəmdə yaxşı kampaniya olacaq, gözəl qadınlar…” – VİDEO

“Cəhənnəmdə yaxşı kampaniya olacaq, gözəl qadınlar…” – VİDEO

Xalq yazıçısı Çingiz Abdullayev “Üzə-düz” verilişində qonaq olub.

ARANTV.AZ  xəbər verir ki, veriliş zamanı yazıçı yenə də fikirləri ilə gündəm yaradıb:

“Cənnət və cəhənnəm fikrim geniş rezonans yaratdı amma mən onu zarafata demişdim. Zarafatın içində də ciddi fikir var. Insan axı özü seçmir hara düşəcəyini. Cəhənnəmdə yaxşı kampaniya olacaq, gözəl qadınlar… Ağıllı kişilər də hamısı ora düşməlidir. Ona görə də bu baxımdan cənnətdə ancaq mollalar olmalıdır. O biri dünyada şansım olsa idi, atam-anam ilə görüşüb, danışmaq istərdim. Ancaq yuxularımda görürəm. Mən atama onu sevdiyimi demirdim. Atamla aramda pərdə də yox idi, biz dost idik, mən onun böyük oğlu idim. Indi imkanım olsa idi, atama deyərdim, onu necə sevirəm. Siz də hər gün evə gələndə atanızı çox sevdiyinizi mütləq deyin, sonra gecikə bilərsiniz. Ömür boyu onun peşmançılığını yaşaya bilərsiniz. Həyatımda iki günü təqvimdən silərdim, atam və anamı itirdiyim günləri. Bunu da deyəndə bəziləri deyir ki, axı mənim anam vəfat edəndə 87 yaşı var idi, sən istəyirdin ki, 200 il yaşasın? Bəli, istəyərdim. Anaların ömrü olmur! Cənnət anaların ayaqları altındadır!”