Çöl quşlarını ovlayan 3 nəfər saxlanılıb

Çöl quşlarını ovlayan 3 nəfər saxlanılıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində qanunsuz ov edən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan ARANTV.AZ-averilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Ağcabədi rayon sakinləri Tərlan Xəlilov, Rauf Əhmədov və Osman Hacıyev saxlanılıblar. Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşları aşkar edilib.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.