Jozep Borreldən Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki danışıqlarına reaksiya

Jozep Borreldən Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki danışıqlarına reaksiya

Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin ilk dəfə konstruktiv fikir mübadiləsini “Şərq tərəfdaşlığı” sammitində aparması heyranedicidir.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel öz bloqunda yazıb.

O qeyd edib ki, bu, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçilik səyləri və köməyi sayəsində mümkün oldu və bütün bunlar Aİ-nin Cənubi Qafqazda münaqişənin həlli üzrə səylərdə daha fəal rol oynamağa hazır olduğunu göstərdi.