Azərbaycanın Zaqatala rayonunun Yolayrıc kəndində ağacların kütləvi kəsilməsi halı qeydə alınıb.
Bu barədə Baku.ws məlumat yayıb.
Məlumatda qeyd edilib ki, naməlum şəxslər ağacları kəsib üzərilərinə torpaq ataraq törətdikləri əməli gizlətməyə çalışıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
