Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli vasitəsilə yayılan təbrik məktubunda deyilir:
“Hörmətli, cənab Prezident! Sizi doğum gününüz münasibətilə təmsil etdiyimiz Əhli-Beyt təmsilçiləri olan və daima dövlətin mühafizə olunmasında öz səyini əsirgəməyən Azərbaycan Seyid Ocaqları adından səmimi qəlbdən dualarımızla təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Azərbaycan xalqının and və inam yerinə çevrilən Azərbaycan Seyid Ocaqlarının nümayəndələri olaraq, daima İslam dəyərlərinin, Peyğəmbər (s) və Əhli-Beyt irsinin yaşadılmasının və mühafizə olunmasının əsl təminatçısı Zati-alinizin olduğunu əminliklə dilə gətirməkdən qürur duyuruq.
Heç təsadüfi deyil ki, işğaldan azad olunan Şuşadakı Yuxarı və Aşağı Gövhər ağa məscidləri və eləcə də digər inanc yerləri Sizin hamiliyinizlə yenidən təmir olunur və inşa edilir. Xalqımız Sizin bu yolda atdığınız addımları alqışlayır və dualarını əsirgəmir.
Müzəffər Ali Baş Komandan, 60 illik yübilyeniz həm də illərdir arzuladığımız Qarabağ torpaqlarının işğaldan azad edilməsi dövrünə təsadüf etməsi də Allahın bir lütfüdür. Bu ilahi tarixi zəfəri xalqımıza yaşadan xilaskar sərkərdə və Allahın seçdiyi Qarabağın fatehi Siz oldunuz. Sizin rəhbərliyinizlə aparılan 44 günlük Vətən müharibəsi şanlı tariximizə Azərbaycan Ordusunun şəhid və qazilərimizin qanı ilə yazıldı. Qarabağın Fatehi olaraq belə bir tarixi zəfəri xalqımıza yaşatdığınız üçün Sizə dualarımızla sonsuz təşəkkür edirik!
Cənab Prezident, Qarabağın Fatehi olaraq Sizə və ailənizə Uca Allahdan sağlam və uzun ömür diləyirik! Uca Yaradan daim Sizinlə olsun. Amin!
