Kəmaləddin Heydərov rəis müavinini təqaüdə göndərdi

Kəmaləddin Heydərov rəis müavinini təqaüdə göndərdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov polkovniki təqaüdə göndərib.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin maddi-texniki təminat üzrə müavini polkovnik Rəhimov Arzu Hüseyn oğlu bir müddət əvvəl vəzifəsindən azad olunub. Arzu Rəhimov öz istəyi ilə təqaüdə göndərilib.

Qeyd edək ki, Arzu Rəhimov 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.

Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib.

Ailəlidir, iki övladı var.