Sercio Mattarella Prezident İlham Əliyevi təbrik edib

Sercio Mattarella Prezident İlham Əliyevi təbrik edib

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

ARANTV.AZ xəbər verir ki, təbrikdə qeyd edilib:

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da birgə səylərimizlə inkişaf edəcək.

Zati-aliləri Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və rifah arzulayıram.