Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb

Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb.

ARANTV.AZ  xəbər verir ki, Sosial Xidmətlər Agentliyindən bildirilib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən bu sahə ilə əlaqədar fərmanın nəzərdə tutuduğu öhdəlikləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

2020-ci ildən bu sahədə fəaliyyətin aparılması ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə tapşırılıb. Proses tam elektronlaşdırılıb və https://adoption.mlspp.gov.az/app/home altsistemi vasitəsilə övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı maksimuma çatdırılıb.

2021-ci ildə 110 uşaq övladlığa verilib ki, onlardan 57-si qız, 53-ü oğlandır. 63 uşaq yaxın qohum tərəfindən övladlığa götürülüb. Əcnəbilər tərəfindən övladlığa götürmə olmayıb.

Qeyd edək ki, bu il övladlığa verilən uşaqlardan 75-i 0-3 yaş, 27-si 4-11 yaş, 8-i isə 12-18 yaş arasında olub.

Müəssisədən övladlığa verilən 22 uşaqdan 17-si evli valideyn-namizəd, 5-i subay valideyn-namizədlər tərəfindən övladlığa götürülüb.