Toylarda pandemiya tələblərinə nəzarət etmək daha asandır, yas mərasimlərində isə bunu etmək nisbətən çətindir, yas mərasimlərində təmasların daha yaxın olması da virusun daha sürətli yayılması üçün şərait yaradır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, növbəti mərhələlərdə yas mərasimlərinin icazə verilməsinə də baxıla bilər.
