Bu gündən ölkəmizdə Yeni il tətili başlayır

Bu gündən ölkəmizdə Yeni il tətili başlayır

Azərbaycanda yeni il tətili başlayır.

ARANTV.AZ  xəbər verir ki, Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl beş gün iş olmayacaq.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.

Belə ki, 2022-ci ilin 1-2 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Beləliklə, 31 dekabr 2021-ci il və 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günü olaraq qəbul edilib.