Bakının Suraxanı rayonunda intihara cəhd hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Haqverdiyev Canpolad Bəşir oğlu yaşadığı evdə bıçaqla özünə xəsarət yetirib.
İntihara cəhd edən şəxs yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
