2022-ci il üçün ən çox tələb olunan peşələr açıqlanıb
MOSCOW, RUSSIA - APRIL 9, 2020: An employee at the My Job employment center in Shchepkina Street. The center is processing documents for unemployment benefits on an expedited basis. Moscow residents who have lost their job recently will get the payment of 19500 rubles. Maxim Mishin/Press Office of the Moscow Mayor and Moscow Government/TASS –осси€. ћосква. —отрудница в офисе флагманского центра "ћо€ работа" на улице ўепкина. ¬ данный момент здесь занимаютс€ оформлением пособий по безработице по упрощенной схеме. –азмер федерального пособи€ по безработице составл€ет 12 130 рублей в мес€ц. — учетом московской региональной доплаты в размере 7370 рублей жители столицы получат 19 500 рублей. Ќа такую сумму могут рассчитывать москвичи, трудившиес€ в первые мес€цы 2020 года и потер€вшие работу неда

2022-ci il üçün ən çox tələb olunan peşələr açıqlanıb

2022-ci ildə ixtisassız kadrlara tələbat olacaq.

Bu barədə rusiyalı rekruter İlgiz Valinurov bildirib.

O, əmək bazarında ən böyük tələbatın kuryerlərə, taksi sürücülərinə və satıcılara olacağını proqnozlaşdırıb.

Valinurov qeyd edib ki, əmək bazarının köklü şəkildə dəyişəcəyini gözləməyə dəyməz.

“Cəmiyyətin müəyyən kadrlara ehtiyacı illər keçdikcə inkişaf edir. Ancaq bəzi tendensiyaları izləmək olar. Xüsusilə, satışla əlaqəli peşələr 2022-ci ildə aktual olacaq. Bura reklam və marketinq sahəsində mütəxəssisləri daxildir. Bu ixtisaslar üzrə vakant yerlər iş təkliflərinin yarısına qədərini tutacaq”, – deyə o fikirlərini bölüşüb.

Valinurovun proqnozuna görə, ticarətdən sonra çatdırılma və logistika sektoru böyüməyə başlayacaq. “Marketpleyslərin (elektron kommersiya platforması, elektron ticarət onlayn mağazası – red.) sayı artır, istehsal həcmi də buna uyğun olaraq artır və bunların hamısını kimsə çatdırmalıdır”, – deyə ekspert əlavə edib.

Əmək bazarı mütəxəssisinin fikrincə, taksi sürücülərinə də tələbat qalacaq.

“Həmçinin, əmək bazarında rəqəmsallaşma ilə əlaqəli insanlara ehtiyac olacaq. Bununla belə, söhbət IT direktorlarından yox, strateji düşünməyi bacaran, rəqəmsal transformasiya ilə məşğul olmağa hazır olan və şirkət daxilində yeni yanaşmalar təklif edən insanlardan gedir”, -deyə Valinurov vurğulayıb.

Mənbə: Lenta.ru