Yasamal rayonu 167 saylı məktəbdə iki gündür işıq yanmır.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, şagirdlər məktəbdə lövhəni görə bilmək üçün fənərlərdən istifadə edirlər.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq sözügedən məktəbdən bildirilib ki, təhsil müəssisəsinin yaxınlığındakı küçədə elektrik xətlərində qəza baş verib: “Azərişıq” ASC-nin əməkdaşları problemi həll etməyə çalışdıqlarını bildiriblər. Məktəbin daxili elektrik şəbəkəsində hər hansı problem yoxdur”.
Bakı Şəhər Təhsil İdarəsindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 167 nömrəli tam orta məktəbin elektrik enerjisi ilə təchizatında yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub:
“Məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir”.
