Ər-Riyad Körfəz ölkələrindən “Patriot” raket ehtiyatlarını artırmağı xahiş edib
A Medium Extended Air Defense System missile is launched to intercept a target during a MEADS test at White Sands Missile Range Nov. 29. The test exploited the MEADS capability for full-perimeter, 360-degree defense with the PAC-3 MSE Missile performing a unique over-the-shoulder maneuver to defeat the target attacking from behind the MEADS emplacement.

Ər-Riyad Körfəz ölkələrindən “Patriot” raket ehtiyatlarını artırmağı xahiş edib

“Financial Times” yüksək səviyyəli mənbələrə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bir sıra Körfəz ölkələrindən Yəmən husilərinin hücumlarının artması fonunda “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının artırılmasına köməklik göstərməyi xahiş edib.

“Bu, təcili məsələdir. Ər-Riyad bir sıra Körfəz ölkələrində raketlər ala bilər, biz bunun üzərində işləyirik. Bu variant ABŞ-dan birbaşa satışdan daha sürətli ola bilər”, – ABŞ rəsmisi qəzetə açıqlamasında deyib. Onun sözlərinə görə, raketlər bir neçə aya tükənə bilər. Digər ölkələrdən raketlərin alınmasına isə ABŞ administrasiyası icazə verməlidir.

Danışıqların gedişi ilə tanış olan başqa bir mənbə dəqiqləşdirib ki, Səudiyyə Ərəbistanı “dostlar”dan raketlər istəyib. Lakin onların raket ehtiyatı o qədər də çox deyil.

Ekspertlərin fikrincə, bu tədbir birbaşa ABŞ-dan alınan raketlər krallığa çatana qədər qısamüddətli çıxış yolu olacaq.

Mənbə: “RİA Novosti”