KTMT qüvvələri Qazaxıstandakı missiyasını başa vurdu

KTMT qüvvələri Qazaxıstandakı missiyasını başa vurdu

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Qazaxıstanda missiyasını uğurla başa vurub və qarşıya qoyulan tapşırıqlar yerinı yetirilib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu sülhməramlı qüvvələrin komandanı Andrey Serdyukov Almatı şəhərində deyib.

Qeyd olunub ki, sülhməramlılar tərəfindən mühafizə olunan obyektlərin Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil verilməsi başlanılıb.

Xatırladaq ki, ötən gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gündən etibarən sülhməramlı kontingentin çıxarılmasına başlanacağını demişdi.KTMT sülhməramlı kontingenti ötən həftə Qazaxıstanda baş verən iğtişaşlarla əlaqədar Qazaxıstan tərəfinin müraciəti əsasında daxil olmuşdu.