Qazaxıstanda iğtişaşlar nəticəsində 225 nəfər ölüb

Qazaxıstanda iğtişaşlar nəticəsində 225 nəfər ölüb

Yanvar ayının əvvəlində Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4,3 mindən artıq insan xəsarət alıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildiriblər.

Məlumata əsasən, ümumilikdə 4 578 nəfər iğtişaşlar zamanı zərər görüb, onlardan 4 353 nəfəri yaralanıb. Yaralananlardan 3 393 nəfəri hüquq-mühafizə orqanları əməkdaşlarıdır.