Hadisə rayonun Xoruzlu kəndi ərazisində baş verib. Yerli büromuzun məlumatına görə, idarə etməni itirərək elektrik dirəyinə çırpılan avto maşının sürücü və sərnişinlərinə kömək etmək üçün gedən, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Sənan Aslan oğlunu cərəyan vurub.
O, hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.





