Haiti prezidentinə sui-qəsddə şübhəli bilinən keçmiş senator Yamaykada saxlanılıb
Haitian police patrols along the Massacre river after the closing of the bridge between the Dominican Republic and Haiti following the killing of Haiti's President Jovenel Moise, who was shot dead by gunmen at his private home in Port-au-Prince, as seen from Dajabon, Dominican Republic July 8, 2021. REUTERS/Ricardo Rojas

Haiti prezidentinə sui-qəsddə şübhəli bilinən keçmiş senator Yamaykada saxlanılıb

Yamaykada Haiti prezidenti Jovenel Moizin qətlində əsas şübhəli sayılan keçmiş Haiti senatoru Con Coel Cozef saxlanılıb.

Cozefin muzdluları silahla təmin etdiyi və görüşlər planlaşdırdığı iddia edilir. Haiti polisinin araşdırma hesabatında deyilir ki, keçmiş haitili senator prezidentə sui-qəsd etmək istəyində böyük rol oynayıb.

Xatırladaq ki, prezident Moiz ötən il iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülmüş, həyat yoldaşı yaralanmışdı.

Sui-qəsddə 26-sı kolumbiyalı və ikisi Haitidən olan amerikalı olmaqla bir qrup muzdlu iştirak edib.