Ana və azyaşlı övladları dəm qazından zəhərləndilər

Ana və azyaşlı övladları dəm qazından zəhərləndilər

Bakıda ana və üç azyaşlı övladı dəm qazından zəhərlənib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində 1984-cü il təvəllüdlü Nuriyeva Aygün Məlik qızı və onun azyaşlı övladları – 2010-cu il təvəllüdlü Mənsimli Aysu Yunis qızı, 2012-ci il təvəllüdlü Mənsimli Zəhra Yunis qızı və 2016-cı il təvəllüdlü Mənsimli Ceyhun Yunis oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.