Türkiyədən Ermənistana uçuşlar BU TARİXDƏN başlayacaq

Türkiyədən Ermənistana uçuşlar BU TARİXDƏN başlayacaq

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Ermənistana uçuşlarla bağlı məlumat yayıb.

ARANTV.AZ bildirir ki, nazirlikdən verilən məlumata görə, Ermənistana qarşılıqlı uçuşlar fevralın 2-də başlayacaq.

İstanbuldan İrəvana reyslər Sabiha Gökçen hava limanından “Pegasus” aviaşirkəti tərəfindən həftədə üç dəfə həyata keçiriləcək.

Ermənistanın “FlyOne” şirkəti də öz növbəsində, İstanbul və İrəvan arasında həftədə 3 dəfə uçuşlar təşkil edəcək.”FlyOne Armenia” şirkətinin ilk reysi fevralın 2-si axşam saatlarında İstanbulda yerə enəcək. İstanbuldan İrəvana “Pegasus” şirkətinin reysi isə elə həmin gün gecə saatlarında baş tutacaq.