Zakir Həsənov İranın Baş Qərargah rəisi ilə görüşüb

Zakir Həsənov İranın Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb.

ARANTV.AZ  xəbər verir ki,  iki günlük səfər zamanı Zakir Həsənov İran rəsmiləri ilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edəcək.