Qazaxda mənzildə partlayış, baba və nəvə xəsarət aldı

Qazaxda mənzildə partlayış, baba və nəvə xəsarət aldı

Qazaxda yaşayış evində qaz partlayışı olub.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Partlayış zamanı 1950-ci il təvəllüdlü Pənah Vəliyev və onun 14 yaşlı nəvəsi yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.