Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədr müavini Vüsal Quliyev Türkiyə Prezident Administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun ilə görüşüblər.
ARANTV.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Türkiyədəki səfirliyi yayıb.
