Abşeron rayonunda iki nəfər dəm qazından zəhərlənib.
ARANTV.AZ xəbər verir ki, hadisə Xirdalan şəhəri və Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, Xırdalan şəhər sakini 2006-cı il təvəllüdlü Musayeva Həvva Rəcəb qızı, Masazır qəsəbə sakini Güldəstə Səfərova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
