Milli Məclisdə yaz sessiyasında bəzi hesabat və məruzələr təqdim olunacaq

Milli Məclisdə yaz sessiyasında bəzi hesabat və məruzələr təqdim olunacaq

Sabahdan Milli Məclisin yaz sessiyası başlayır.

ARANTV.AZ xəbər verir ki, yaz sessiyası mayın 31-dək davam edəcək.

Milli Məclisin yaz sessiyası çərçivəsində aşağıdakı hesabat və məruzələr parlamentə təqdim olunacaq:

– Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat veriləcək;

– Hesablama Palatası və onun fəaliyyəti haqqında illik hesabat təqdim ediləcək;

– Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Milli Məclis qarşısında illik məruzə ilə çıxış edəcək;

– Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan öz fəaliyyəti haqqında Milli Məclisə illik məruzə təqdim edəcək;

– İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edəcək.