Ürək xəstəliklərinin müalicəsində və qorunmasında qidalanma da dərman qədər rol oynayır. Ürək xəstəliyi olanların qidası, rejimi mütləq fərqli olmalıdır. Elə ərzaqlar var ki, bu xəstələr onlardan imtina etməlidir.
ARANTV.AZ fins.az-a istinadən həmin ərzaqların siyahısını təqdim edir:
– Marqarin, palma yağı
– Laylı xəmirdən məhsullar, şirniyyatlar, kremli tort, pirojna
– Dondurma
– Yağlı ət, qoyun quyruğu
– Kolbasa, sosis
– Hisə verilmiş balıq, toyuq, ət məhsulları
– Yağlı və duzlu süd məhsulları
– Şorabalar
– Tünd çay, qəhvə, ağ və südlü şokolad (az miqdarda tünd şokolad olar)
– Energetik içkilər
– Noxud, lobya
– Turp, ispanaq, göbələk
– İstiot, xardal, kürü, souslar, marinadlar
– Spirtli içkilər
– Qazlı şirin sular
– Yağlı sümük bulyonları, xaş
