Kuril adaları silsiləsinə daxil olan Paramuşir adasında Ebeko vulkanı püskürüb. Təbiət hadisəsi onun şahidləri tərəfindən qeydə alınıb. Kadrlarda vulkanın kraterindən qalın tüstü sütununun yüksəldiyi görünür.
Qeyd edək ki, Ebekonun 2021-ci ilin mayında da yüksək fəallığı ilə yadda qalıb. O zaman vulkandan yeddi kilometr aralıda yerləşən Paramuşir şəhərinin inzibati mərkəzi Severo-Kurilskdə kül yağışı müşahidə edilməyib. Vulkanın əhali üçün təhlükə yaratmadığı bildirilib.
Mənbə: lenta.ru
