Abşeronda kütləvi dava olub, xəsarət alan var

Abşeronda kütləvi dava olub, xəsarət alan var

Abşeronda kütləvi dava olub.

ARANTV.AZ  “Report”a istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində, “Qurtuluş 93” yaşayış kompleksində qeydə alınıb. Dava zamanı 2001-ci il təvəllüdlü Əliyev Ramal Rəşad oğlu ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi, sol əng sümüyünün və burun sümüklərinin sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.