Bakıda itkin düşən 15 yaşlı məktəbli qan içində TAPILDI – YENİLƏNİB

Bakıda itkin düşən 15 yaşlı məktəbli qan içində TAPILDI – YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Bakıda itkin düşmüş 16 yaşlı gəncin döyülmüş vəziyyətdə tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, fakt nəzarətə götürülüb.

“Hadisədən məlumatlıyıq. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaqdır”, – məlumatda qeyd edilib.

13:44

Dünən Bakının Qaradağ rayonunda 15 yaşlı Qəhrəmanov Murad Azər itkin düşüb.

Bizim.Media xəbər verir ki, yeniyetmə bu gün al-qan içində tapılıb.

Bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edilib ki, o, məhəlləyə çatanda özündən gedib. Bildirilib ki, 30-35 yaş aralığında 3 kişi tərəfindən qəbiristanlığa aparılan Murad döyülüb.

Başından çoxsaylı zərbələr alan məktəblinin vəziyyəti orta ağırdır.

Məlumat üçün bildirək ki, Murad Qəhrəmanov dünən saat 16:00 radələrində Lökbatan qəsəbəsində dərs hazırlığına getmək məqsədilə evdən çıxıb, lakin geri qayıtmayıb.

M.Qəhrəmanovun dərs hazırlığında olmaması məlum olub. Onun mobil telefonu bağlı olduğundan yaxınları yeniyetmə ilə əlaqə saxlaya bilməyiblər.