“İşçi əsas iş yerindən başqa əlavə iş yerində də işləyə bilər”.
ARANTV.AZ xəbər verir ki, bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.
O bildirib ki, sadəcə, işçinin əlavə iş yerində işləməsi həftəlik 20 saatdan, gündəlik isə 4 saatdan artıq ola bilməz: “Gecə vaxtı yerinə yetirilən işə görə əməkhaqqının verilməsi üçün isə Nazirlər Kabinetinin qərarı mövcuddur. 74 nömrəli qərara əsasən, gecə vaxtı yerinə yetirilən işə görə işçiyə tarif maaşının 20 %-i, çoxnövbəli işdə axşam növbəsinə görə 20 %-i, gecə növbəsinə görə 40 %-i həcmində əlavə haqq müəyyən edilir. Çoxnövbəli iş də hər növbənin saatı 8 saat müəyyən edilir. Növbələrin hər biri 8 saatdan ibarətdirsə, bu zaman axşam rejiminə görə maaşın 40 %-i həcmində əlavə verilir”.
