Azərbaycanın muğam ifaçısı Əhməd Cəbrayılov vəfat edib.
Bu barədə mərhumun yaxınları sosial şəbəkə hesablarında məlumat veriblər.
Qeyd edək ki, Əhməd Cəbrayılov ilk musiqi təhsilini Ağdamda Şahmalı Kürdoğlundan alıb. O, 90-cı illərin Qarabağ müharibəsində iştirak edərək yaralanıb. Daha sonra Moskvaya köçüb və orada yaşayıb.

