Dövlət proqramına düşən xarici universitetlərin siyahısı martın sonuna qədər təqdim olunacaq

Dövlət proqramına düşən xarici universitetlərin siyahısı martın sonuna qədər təqdim olunacaq

Dövlət proqramı yalnız proqramda göstərilən sahələri əhatə edəcək.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinq zamanı deyib.

O qeyd edib ki, bu ilki proqramda universitetlərin reytinqindən əlavə, göstərilən ixtisasların həmin universitetdəki reytinqi də nəzərə alınacaq.

Martın sonuna qədər nazirlik tərəfindən ilkin siyahı ictimaiyyətə təqdim olunacaq.