Kiyev teleqülləsinin vurulması teleyayımın dayanmasına səbəb olub – YENİLƏNİB + VİDEO

Kiyev teleqülləsinin vurulması teleyayımın dayanmasına səbəb olub – YENİLƏNİB + VİDEO

Ukraynanın paytaxtı Kiyevdə teleqüllənin atəşə tutulması nəticəsində bəzi telekanalların yayımı dayanıb.

B barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxın saatlarda kanalların bir hissəsinin yayımı bərpa olunacaq.

19:23

Ukraynanın paytaxtı Kiyevin teleqülləsi Rusiya qüvvələrinin atəşinə məruz qalıb.

Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda bildirib.

Raket zərbəsi nəticəsində teleqüllədə yanğın başlayıb. Hazırda yanğının davam etdiyi bildirilir.