Gürcüstanda ali məktəblərdə oxuyan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

Gürcüstanda ali məktəblərdə oxuyan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

“Report”un yerli bürosunun xəbərinə görə, Gürcüstanın Milli Statistika İdarəsinin 2021-2022-ci tədris ili üzrə hesabatında bildirilib ki, hazırda bu ölkənin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 903 nəfər təşkil edir.

Sənədə əsasən, onların 357-si dövlət, 546-sı isə özəl universitetlərin tələbələridir.

2020-2021-ci tədris ili ilə müqayisədə qonşu ölkənin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 nəfər artıb.

Cari tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan vətəndaşı yoxdur.

Qonşu ölkənin ali təhsil ocaqlarında ümumilikdə 17 501 nəfər əcnəbi təhsil alır ki, bu da illik müqayisədə 2 884 nəfər çoxdur.