Şəhər parkında Od Çərşənbəsi qeyd olunub

Şəhər parkında Od Çərşənbəsi qeyd olunub

Min illərdir ki, xalqımız baharın gəlişini Novruz bayramı ilə qeyd edir, bu bayramı öz milli varlığı kimi qoruyub saxlayır.

Martın 1-də Şəmkir gəncləri də Od Çərşənbəsini təntənəli şəkildə qeyd ediblər.

Şəhər sakinlərinin sevimli istirahət guşəsi olan Şəmkir Şəhər Parkında baharın gəlişi münasibətilə tonqal qalanıb, Novruz bayramına həsr olunmuş ədəbi-bədii kompozisiyalar səsləndirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev də tonqal ətrafına gedərək gəncləri və rayon sakinlərini Od Çərşənbəsi münasibətilə təbrik edib, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb.