Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş “Novruz yarışı” adlı intellektual yarışı keçirilib.
Yarışda rayon və kənd məktəblərinin komandaları, habelə GİKM-in Tərtər nümayəndəliyinin komandası iştirak edib.
Yarışın qalibi Tərtər rayon 6 saylı tam orta məktəbin “Mübariz” komandası olub.
Sonda qalib komandanın gəncləri diplomlarla təltif olunub.

