Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Merano-Baku” MMC-nin müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 1380 kiloqram müxtəlif növ qida məhsulları (donmuş tərəvəz, pendir, dəniz məhsulları və s.) “Təhlükəli tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
