Qubanın Qrız kəndində rekord şaxta – 15 dərəcə!

Qubanın Qrız kəndində rekord şaxta – 15 dərəcə!

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarına qar yağıb.

Ən çox yağıntı Xızının Altıağac qəsəbəsinə düşüb.

Burda qarın hündürlüyü 32 sm-ə çatıb. Şabranda 2 sm, Xaçmaz 1 sm, Qubanın rayon mərkəzində isə 3 sm hündürlüyündə qar qeydə alınıb.

Qubanın Qrız kəndində 16 sm, Xaltanda 27 sm qar yağıb.

Ən aşağı temperatur isə Qubanın Qrız kəndində olub.

Burda havanın temperaturu mənfi 15 dərəcəyəyə enib.