Mart ayında yağıntı aylıq normadan çox olub

Mart ayında yağıntı aylıq normadan çox olub

Bu ay Abşeron yarımadasında yağıntı aylıq normadan çox olub.

ARANTV.AZ xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, respublikanın bir sıra bölgələrində – Quba, Zaqatala, Altağac, Balakən, Mərkəzi Aran rayonları, Biləsuvar, Lənkəran-Astarada yağıntı 65%-dən 87%-ə yüksəlib.