51 yaşlı kişi iki şəxs tərəfindən döyülərək BIÇAQLANDI

51 yaşlı kişi iki şəxs tərəfindən döyülərək BIÇAQLANDI

Neftçalada 51 yaşlı kişi bıçaqlanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Neftçala şəhərində baş verib.

Şəhərin 6-cı məhəlləsinin sakini, 1971-ci il təvəllüdlü Əsgərov Elnur Camal oğlu bədəninin müxtəlf hissəsinin kəsilmiş-deşilmiş yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O bildirib ki, tanımadığı iki şəxs tərəfindən əvvəlcə döyülüb, sonra bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.