Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Bərdədə vətəndaşları qəbul etmə vaxtı dəyişdirilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbərə görə, martın 31-də Bərdə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək aprelin 8-ə təyin edilib.
