Vüqar Səfərli müalicə müəssəsinə yerləşdirildi

Vüqar Səfərli müalicə müəssəsinə yerləşdirildi

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə köçürülüb.

Bunu Trend-ə açıqlamasında V.Səfərlinin vəkili Hikmət Əliyev deyib.

Vəkil bildirib ki, V.Səfərlinin səhhətində bir çox problemlər yaranıb.

“Bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə də o Müalicə Müəssisəsindən gəlmişdi. Vüqar müəllim qan təzyiqi və digər xəstəlikdən əziyyət çəkir. Səhhətində bir çox problem var. Hazırda müalicəsini müalicə müəssisəsində davam etdirir”, – vəkil bildirib.Qeyd edək ki, V.Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.