Azərbaycanın bir çox yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Azərbaycanın bir çox yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, aprelin 4-də səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Quba-Xaçmaz, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Füzuli-Cəbrayıl-Mahmudlu, Göyçay-Ucar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Bəhramtəpə-Biləsuvar, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.