Bakıda dəhşət: ‘KamAZ’ uşağın üstündən keçdi

Bakıda dəhşət: ‘KamAZ’ uşağın üstündən keçdi

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  “Report”a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində “KamAZ” markalı yük avtomobili 2015-ci il təvəllüdlü Ə. H-nın sağ ayağının üzərindən keçib.

Ağır xəsarət alan azyaşlı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralı əməliyyat olunub, onun sağ ayağı baldır nahiyəsindən amputasiya olunub.

Hadisənin təfərrüatı araşdırılır.